Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib. Matc.az xəbər verir ki, aprelin 12-də kişi voleybolçular arasında Yüksək Liqada  XVII turun oyunları keçiriləcək. "Murov" voleybol klubunun idman zalında təşkil olunacaq tura saat 16:00-da "Neftçi" - "Sərhədçi" matçı ilə start veriləcək. Ardınca saat 18:00-da MOİK – "Ekspress"lə görüşəcək.
 
Qadın voleybolçular arasında Super Liqada XI tur isə aprelin 13-də baş tutacaq. Turun ilk matçı 16:00-da "Abşeron" – "Azərreyl" komandaları arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra "Murov" - UNEC duelinə start veriləcək.
 
Görüşlər Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest