Futbolçuları AÇ-2020-də iştirak edən klublara UEFA tərəfindən edilən ödənişlərin məbləği məlum olub.

Futbolçuları Aç-2020-də iştirak edən klublara UEFA tərəfindən edilən ödənişlərin məbləği məlum olub. Matc.az UEFA-nın saytına istinadən xəbər verir ki, 200 milyon avro seçmə və final mərhələlərində futbolçuları ilə təmsil olunan 697 klub arasında bölüşdürülüb.
 
Quruma üzv olan 55 ölkə kimi Azərbaycan da siyahıdan kənarda qalmayıb. Azərbaycanın 8 klubu ümumilikdə 1 milyon 140 min 246,90 avro əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest