Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 2021/22 mövsümünün başa çatacağı tarix dəqiqləşib. Matc.az xəbər verir ki, 4 dövrəlik mübarizədə 4 klubun iştirakı ilə təşkil olunan yarışda son oyunlar aprelin 16-da baş tutacaq.
 
Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək XII turun ilk matçında "Abşeron" və "Murov" üz-üzə gələcək. Liderlərin görüşünün start fiti saat 14:00-da veriləcək.
 
Turun və mövsümün son qarşılaşmasında isə "Azərreyl" UNEC-i sınağa çəkəcək. Bu oyun isə saat 16:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest