İngiltərənin "Bernli" klubu baş məşqçisi Şon Dayçla yollarını ayırıb. Matc.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçinin göndərilməsinin səbəbi komandanın cari mövsümdə uğursuz çıxışıdır.
 
51 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri də komandanı tərk ediblər.
 
Dayç 2012-ci ildən "Bernli"yə rəhbərlik edirdi. Komanda bu mövsüm Premyer Liqada 30 oyundan sonra 24 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest