"Liverpul"un hücumçusu Divok Origi karyerasını İtaliyada davam etdirməyə yaxındır. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, belçikalı futbolçu cari mövsümün sonunda azad agent kimi "Milan"a keçə bilər.
 
26 yaşlı futbolçu Milan klubu ilə illik 3,5 milyon avro maaş qarşılığında 4 illik müqavilə imzalayacaq.
 
Origi daha əvvəl "Bayer" (Leverkuzen), "Kristal Pelas" və "Nyukasl"ın təkliflərini rədd edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest