"çelsi" klubu ciddi itki üzləşib. Matc.az xəbər verir ki, "zadəganlar" yarımmüdafiəçisi Mateo Kovaçiçi itirib. Bu barədə London klubunun baş məşqçisi Tomas Tuxel məlumat verib.
 
Tuxel bildirib ki, xorvatiyalı futbolçu İngiltərə kubokunun yarımfinalında "Kristal Pelas"la matçda (2:0) zədələnib. O, qarşılaşmanın 26-cı dəqiqəsində əvəzlənən Kovaçiçin durumunun ürəkaçan olmadığını bildirib.
 
Topuğunda şiş əmələ gələn 28 yaşlı futbolçunun meydanlara nə vaxt qayıtması müayinənin nəticəsindən asılı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest