Futbol üzrə Kolumbiya milli komandasının baş məşqçisi Reynaldo Rueda istefaya göndərilib. Matc.az xəbər verir ki, bu barədə Kolumbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Buna yığmanın Qətərdə keçiriləcək Dç-2022-nin final mərhələsinə vəsiqə qazana bilməməsi səbəb olub. Rueda ilə yanaşı, onun köməkçiləri də istefaya göndərilib. Millinin yeni baş məşqçisinin adına qarşıdakı günlərdə aydınlıq gətiriləcəyi diqqətə çatdırılıb.
 
Reynaldo Rueda 2021-ci ildən Kolumbiya yığmasına başçılıq edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest