Futbol üzrə İngiltərə Premyer Liqasında 30-cu turdan təxirə salınmış daha bir oyun keçirilib. Matc.az xəbər verir ki, bu gün autsayderlər qrupunda qərarlaşan "Bernli" doğma meydanda "Sauthempton"la qarşılaşıb.
 
Meydan sahibləri bu oyunda 2 cavabsız qolla qalib gəliblər. Bu qələbədən sonra xalını 28-ə çatdıran "Bernli" 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb. "Sauthempton" isə 39 xalla 13-cüdür.
 
İngiltərə Premyer Liqası
30-cu turun oyunu
21 aprel
 
Bernli – Sauthempton 2:0
Qol: Roberts, 12. Kollinz, 44.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest