UEFA Super Liqanın yaradıcısı olan klubları cəzalandıra bilər. Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə qərarı Madrid məhkəməsi çıxarıb. Məhkəmənin qərarı ilə Super Liqanın yaradıcılarını cəzalandırmaqla bağlı UEFA-ya qoyulan qadağa aradan qaldırılıb.
 
Bu qadağa ləğv edildikdən sonra "Real", "Barselona" və "Yuventus"a qarşı sanksiyalar qoyula bilər.
 
Məhkəmə iyunun 14-də davam etdiriləcək.
 
ötən il aprelin 18-də "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul", "Tottenhem", "çelsi", "Real", "Barselona", "Atletiko", "Yuventus", "Milan" və "İnter" klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa, digər klublar turnirdən imtina ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest