Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova yeniyetmə qızlar arasında keçiriləcək U-17 Avropa çempionatının təsnifat oyunlarına təyinat alıb.
 
Matc.az xəbər verir ki, İsmayılova aprelin 22-24-də Almaniyanın Kienbaum vilayətində keçiriləcək C qrupunun matçlarında supervayzer funksiyasını yerinə yetirəcək.
 
Qeyd edək ki, C qrupunda ev sahibləri ilə yanaşı, Belçika, İsrail və Litva milliləri mübarizə aparacaqlar. Görüşlərin hakimləri moldovalı Andrey Taran, türkiyəli Hatice özmen Yıldız, polşalı Anna Niedbal və serbiyalı Aleksandra Balandziç olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest