22 Aprel 2022, 13:22
TOP OYUNLARI
Voleybol üzrə Azərbaycan millisinin sabiq üzvü Polina Rəhimova sosial şəbəkə hesabında izləyicilərinə müraciət edib. Matc.az xəbər verir ki, 32 yaşlı oyunçu hər kəsi Ukrayna xalqına dəstək olmağa çağırıb:
"Ukraynalı olduğum üçün fəxr edirəm. Hamınızın bildiyi kimi, mən Azərbaycan təmsilçisiyəm. Əldə etdiklərimə görə bu ölkəyə həmişə minnətdar olacağam. Müharibə hamını birləşdirdi və kimin əsl insan olduğunu, xalqına kömək etdiyini göstərdi. çox şadam ki, bu illər ərzində həmin vətənpərvər insanlarla əlaqəni kəsməmişəm".
Rəhimova müxtəlif vaxtlarda çox insanın onu dəstəklədiyini vurğulayıb: "Hazırda tək tanıdıqlarımıza deyil, çətinliyə düşən digər insanlara da kömək etmək vaxtıdır. Mübaribənin tezliklə bitməsini arzulayıram".
Xatırladaq ki, Polina Rəhimova 2007-2020-ci illər aralığında Azərbaycan yığmasının formasını geyinib.