Bu gün kişi voleybolçular arasında "Zəfər kuboku"na start verilib. Matc.az xəbər verir ki, "Murov" voleybol klubunun idman zalında təşkil olunan kubok yarışının ilk matçı "Neftçi" və MOİK komandaları arasında olub.
 
Günün ilk qarşılaşmasında qalib 4 hissədə müəyyən olunub. İlk iki setdə (25:15, 27:16)hesabı ilə qalib gələn "Neftçi" üçüncü hissəni 20:25 hesabı ilə məğlub olub. Dördüncü hissə isə matçda sonuncu olub. Bu setdə 25:16 hesabı ilə qalib gələn Pərviz Səmədovun komandası görüşün hesabını müəyyənləşdirib – 3:1.
 
Günün ikinci qarşılaşmasında "Murov" "Sərhədçi" ilə üz-üzə gəlib. Oyun meydan sahiblərinin 25:18 hesablı üstünlüyü ilə başlayıb. Sonrakı setlərdə də 25:15 və 25:13 hesabı ilə qalib gələn "Murov" matçı qələbə ilə başa vurub- 3:0. 
 
Beləliklə, günün qalibləri "Neftçi" və "Murov" sabah "Sərhədçi" Olimpiya İdman Mərkəzində təşkil olunacaq final matçında münasibətlərinə aydınlıq gətirəcəklər. "Sərhədçi" və MOİK isə kubok yarışında mübarizəni dayandırıb.
 
Aprelin 23-də baş tutacaq kubok yarışının final oyununa saat 15:00-da start veriləcək. Ardınca  "Zəfər kuboku"nda, Azərbaycan Yüksək, Super, həmçinin 1-ci Liqa yarışlarında fərqlənənlərin mükafatlandırma mərasimi və  2021/22 mövsümün rəsmi bağlanışı olacaq.
 
Zəfər kuboku
22 aprel
 
Neftçi - MOİK 3:1 (25:15, 25:16, 20:25, 25:16)
Murov - Sərhədçi 3:0 (25:18, 25:15, 25:13)
 
23 aprel
 
15:00. Neftçi - Murov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest