24 Aprel 2022, 00:46
TOP OYUNLARI
Kişi voleybolçular arasında keçirilən Zəfər kubokunun final matçından sonra Azərbaycan Yüksək, Super, Birinci Liqa yarışlarında fərqlənən komandaların, həmçinin Zəfər kubokunun qaliblərinin mükafatlandırma mərasimi və 2021/22 mövsümün rəsmi bağlanışı keçirilib.
Kişi voleybolçular arasında keçirilən Zəfər kubokunun final matçından sonra Azərbaycan Yüksək, Super, Birinci Liqa yarışlarında fərqlənən komandaların, həmçinin Zəfər kubokunun qaliblərinin mükafatlandırma mərasimi və 2021/22 mövsümün rəsmi bağlanışı keçirilib.
Matc.az xəbər verir ki, tədbirdə Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti çingiz Hüseynzadə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Vətən müharibəsi Qəhrəmanı Zaur Hüseynov, Dövlət Sərhəd Xidmətinin rəis müavini general-leytenant Cavid Abdullayev, Azərbaycan Ali Hərbi Akademiyanın rəis müavini Nizami Mövlanov, "Sərhədçi" klubunun prezidenti, polkovnik Firdovsi Umudov, "Sərhədçi" Olimpiya İdman Kompleksinin rəisi polkovnik Elşən Mirzəyev və Azərbaycan Voleybol Federasiyasının rəsmiləri iştirak ediblər.
Qalib komandaların mükafatlandırma mərasimindən əvvəl qonaqlar çıxış ediblər.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov uğurlu mövsüm münasibətilə hər kəsi təbrik edib: "Bu voleybol bayramı münasibətilə hamını təbrik edirəm. çox gözəl oyun oldu. Belə gözəl bayramı bizə bəxş etdiyinə görə bütün voleybolçulara təşəkkürümü bildirirəm. Qarşıdakı yarışlarda hamınıza yeni qələbələr və nailiyyətlər arzulayıram".
Ardınca MOK-un vitse-prezidenti çingiz Hüseynzadə çıxış edib: "Milli Olimpiya Komitəsi adından hamınızı bu böyük bayram münasibətilə təbrik edirəm. Həqiqətən, belə yarışlar üçün darıxmışdıq. Pandemiya müddətində bu yarışları keçirmək mümkün olmurdu. Bu gün isə hamımız bir-birimizi təbrik edə bilərik ki, voleybol çempionatı uğurla keçirildi və yekunlaşdı, "Zəfər kuboku"nun qalibi müəyyənləşdi. Bu gün burada bizim müharibədəki zəfərimizdə xidmətləri olmuş qəhrəmanlarımız iştirak edirlər. Hamımızın adından bir daha onları salamlamaq istəyirəm. İdmançılara isə bundan sonrakı yarışlarda uğurlar diləyirəm. Əminəm ki, Azərbaycan voleybolu çox qısa vaxtda öz əvvəlki nüfuzuna qayıdacaq. Hamınıza ugurlar".
Vətən müharibəsi iştirakçısı Zaur Hüseynov da bağlanış mərasimində çıxış edib: "Qarabağ zəfəri Azərbaycan əsgərinin gücünü, Azərbaycan xalqının birliyini, Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik qabiliyyətinin təzahürüdür. Biz Azərbaycan xalqı, qalib Azərbaycan ordusuyuq. Mən fəxr edirəm və böyük qürur hissi keçirirəm. Eyni zamanda, cənab nazirə, voleybol federasiyasının rəhbərliyinə təşəkkür edirəm ki, "Zəfər kuboku" yarışını bizim şanlı qələbəmizə həsr ediblər. Hamınızı təbrik edirəm".
Daha sonra mükafatlandırma mərasimi başlayıb. öncə ölkə çempionatı yarışlarında hakimlik edən ədalət təmsilçilərimizə, Masallı rayon Gənclər və İdman İdarəsinə və "Sərhədçi" Olimpiya İdman Mərkəzinin rəisi polkovnik Elşən Mirzəyevə Azərbaycan Voleybol Federasiyasının xüsusi diplom və mükafatları təqdim olunub. Ardınca Yüksək, Super, həmçinin Birinci Liqa yarışlarında fərqlənən komandalara və Zəfər kubokunun qaliblərinə diplom, medal və kubok təqdim olunub.