Türkiyənin "Bursasporda Bugün" nəşri "Bursaspor"da çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərovun çıxışı barədə yazı dərc edib. Matc.az xəbər verir ki, "Namik Alaskarov şaşırtıyor!" (Namik Ələskərov təəccübləndirir – red.) başlıqlı yazıda Türkiyə 1-ci liqasında başa çatan 34 turdan sonra 27 yaşlı oyunçunun Bursa təmsilçisinin ən çox qol vuran futbolçusu olduğu vurğulanıb.
 
Yarımmüdafiəçinin son olaraq 34-cü turda "Dənizlispor"la görüşdə (1:0) komandasının yeganə qolunu vurduğu bildirilib. Namik "Bursaspor"da 6 qol, 6 qol ötürməsi ilə bu göstəricidə klubun lideridir. Ancaq buna baxmayaraq, millimizin üzvünün yararlana bilmədiyi qol epizodlarınının müzakirələrə səbəb olduğu qeyd edilib:
 
"Bir çox epizodda bitirici özəlliyi zəif olan Namik Ələskərov yenə "Dənizlispor"la görüşdə penaltidən yararlana bilmədi. Bu durum klubun camiəsini də, məşqçi heyətinə də çox təəccübləndirir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest