Rusiya Premyer Liqasında 2021/22 mövsümünün qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, "Zenit" sona üç tur qalmış çempionluğu təmin edib.

Rusiya Premyer Liqasında 2021/22 mövsümünün qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, "Zenit" sona üç tur qalmış çempionluğu təmin edib.
 
Sözügedən komanda bu gün 27-ci tur çərçivəsində Moskva "Lokomotiv"inə 3:1 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində xalını 61-ə çatdıran Sankt-Peterburq təmsilçisi vaxtından əvvəl çempionluğu rəsmiləşdirib.
 
Bununla da Sankt-Peterburq təmsilçisi ardıcıl 4-cü, tarixində isə 9-cu dəfə Rusiya çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest