Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqanın pley-off mərhələsinin ilk oyunları keçirilib.

Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqanın pley-off mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, günün ilk matçında əzəli rəqiblər – EKOL-la "Neftçi" üz-üzə gəlib.
 
Meydana optimal heyətlə çıxın komandaların duelində cəmi 2 qol qeydə alınıb. İlk oyunda qələbə qazanan EKOL seriyada önə keçib.
 
İkinci oyunda üz-üzə gələn komandalar meydana itkilərlə çıxmışdı. "Araz"dan Dmitri Bondarevlə Murilo, "Baku Fire"də isə Samir Mehdiyev cəzalı olduğuna görə matçı buraxırdı. Bütövlükdə 12 qolun qeydə alındığı bu oyunda gözlənildiyi kimi, Naxçıvan təmsilçisi inamlı qələbəyə sevinib.
 
Yüksək Liqa
Pley-offun ilk oyunları
1 may
 
EKOL – Neftçi İK 2:0
Qol: Namiq Məmmədkərimov, 8:33. Emin Kürdov, 12:26.
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Hacıəli Ağayev
Hakim-inspektor: Mehman Mahmudov
Bakı İdman Sarayı. Saat 12:00.
 
Araz (Naxçıvan) - Baku Fire 9:3
Qollar: Maneka, 0:07; 2:17. David Qustavo, 1:34; 37:44. Felipinyo, 2:32. Xətai Bağırov, 21:28. İsa Atayev, 28:57. Fərid Ələkbərov, 30:58. Ramiz çovdarov, 33:51 - Elvin Quliyev, 32:42; 36:04; 38:31.
Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Anar Fərəcov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 14:45.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest