Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Slovakiya və Belarusa qarşı keçirəcəyi ev oyunlarının biletləri satışa çıxarılıb

Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Slovakiya və Belarusa qarşı keçirəcəyi ev oyunlarının biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Biletlər 1-ci kateqoriya üçün 5 manat, 2-ci kateqoriya üçün 2 manat, VİP üçün isə 10 manatdır.
 
Milli komanda iyunun 10-da "Dalğa Arena"da Slovakiyanı, 3 gün sonra isə eyni məkanda Belarusu qəbul edəcək. Hər iki qarşılaşma saat 20:00-da start götürəcək.
 
Satış nöqtələri bunlardır:
 
1. ASAN 2 - 8 noyabr prospekti 23, AMAY TM 2-ci mərtəbə
2. ASAN 3 - Abbas Mirzə Şərifzadə 157
3. ASAN 4 - Bakıxanov qəs., Sülh küç. 197
4. ASAN Sumqayıt - Sumqayıt şəhəri, Bakı küçəsi, 15-ci məhəllə 42d
5. 28 Mall - 28 May küçəsi, 2-ci mərtəbə
6. Gənclik Mall - Fətəli Xan Xoyski 38, 3-cü mərtəbə
7. Köşk 1 - Sahil m. M.Rəsulzadə 3
8. Köşk 2 - Bül-bül prospekti, Nizami küç.
9. Heydər Əliyev Sarayının kassası - Bülbül pr.35
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest