“Qarabağ”ın “İmarət Tayfa” adlı azarkeş qrupu Azərbaycan Premyer Liqasının 16-cı turundan təxirə salınmış “Sumqayıt”la ev oyununda etiraz aksiyası keçirib

“Qarabağ”ın “İmarət Tayfa” adlı azarkeş qrupu Azərbaycan Premyer Liqasının 16-cı turundan təxirə salınmış “Sumqayıt”la ev oyununda etiraz aksiyası keçirib. Matc.az xəbər verir ki, bu barədə qrupun sosial şəbəkə hesabında paylaşım edilib.
 
Paylaşımda deyilir: “İmarət Tayfa” hazırda davam edən “Qarabağ” - “Sumqayıt” matçının 5-ci dəqiqəsində könüllü olaraq tribunanı tərk edib. Buna azarkeşkərimizin olduğu sektora hər zamankından və digər sektorlardann daha çox polis əməkdaşının cəlb olunması, o cümlədən azarkeşilərin suni şəkildə təxribata çəkilməsi səbəb olub.
“İmarət Azarkeş Qrupu” olaraq hazırkı həssas durumu nəzərə alaraq, daha anlayışlı və qabaqlayıcı tədbirlər görülməsinin tərəfdarıyıq.
 
“İmarət” ailəsinin tribunalarda və cəmiyyətdəki nüfuzunu qorumağa və adımızı daima dəyərli tutmağa davam edəcəyik”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest