"Millətlər Liqası dünya futbolunun ən gülünc ideyalarından biridir". Matc.az xəbər verir ki, bunu "Liverpul"un baş məşqçisi Yurgen Klopp deyib. 
Almaniyalı mütəxəssis bildirib ki, UEFA Millətlər Liqasından imtina etməlidir.
 
"Futbolçular il ərzində 70-dən çox oyun keçirilər, mövsüm başa çatdıqdan sonra isə Millətlər Liqasında meydana çıxmağa davam edirlər. Yığmada dörd, beş, altı oyun. UEFA-nın çempionlar Liqasından daha çox qazanmasını və Millətlər Liqasından imtina etməsini istərdim. Bu, mənim şəxsi fikrimdir" – deyə, Klopp əlavə edib.
 
Qeyd edək ki, Millətlər Liqası 2018-ci ildə UEFA tərəfindən təsis edilib. Turnir iki ildən bir keçirilir və milli komandalara dünya və Avropa çempionatlarının final mərhələsinə çıxmaq üçün əlavə imkan yaradır. Millətlər Liqasının ilk qalibi Portuqaliya millisi olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest