14 İyul 2026, 13:10
FUTBOL
Təcrübəli isveçrəli qapıçı Yan Zommerin yeni komandası müəyyənləşib. Azad agent statusu daşıyan ulduz qolkiper karyerasını Belçika çempionatında davam etdirəcək.
Matc.az xəbər verir ki, "Brügge" klubu 37 yaşlı qapıçını heyətinə qatdığını rəsmən elan edib.
Bildirilir ki, tərəflər arasında 2029-cu il iyunun 30-na qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki, isveçrəli oyunçu bundan əvvəl 3 mövsüm İtaliya "İnter"inin uğurları üçün çalışıb. O, Milan təmsilçisinin heyətində iki dəfə A Seriyasının qalibi olub, həmçinin bir dəfə İtaliya Kuboku və bir dəfə İtaliya Superkubokunu qazanaraq ümumilikdə 4 titul rəsmiləşdirib.












