14 İyul 2026, 20:12
FUTBOL
"Qəbələ" komandası yay təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.
"Qəbələ" komandası yay təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb. Bölgə təmsilçisi hazırlıq müddətində planlaşdırılan 5 matçdan ilkini reallaşdırıb.
Matc.az xəbər verir ki, "qırmızı-qaralar"ın yeni mövsüm öncəsi ilk sınaqdakı rəqibi "Kəpəz" komandası olub.
Qəbələ şəhərində baş tutacaq qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Qəbələ" bu oyundan sonra yay hazırlıq proqramı çərçivəsində "Sumqayıt", "Şəfa", "İmişli" və "Şamaxı" klubları ilə də yoxlama oyunlarında qüvvəsini sınayacaq.













