"Mançester Yunayted" "Lids"in qapıçısı Karl Darlou ilə müqavilə imzaladığını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, 35 yaşlı uelsli qapıçı klubla 1 il uzadılma variantı olmaqla 30 iyun 2028-ci ilə qədər müqavilə bağlayıb.

"Mançester Yunayted"in yeni transferi karyerası ərzində "Nottingem", "Nyukasl", "Nyuport", "Uolsoll", "Hall Siti" və "Lids" klublarında çıxış edib. O, sonuncu klubda 38 matçda meydana çıxıb, 42 qol buraxıb və 10 oyunda qapısını toxunulmaz saxlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest