Londonun "Arsenal" klubunun 31 yaşlı vingeri Leandro Trossard "Beşiktaş"a transfer olunub.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, futbolçu ilə 1 il uzadılma variantı olmaqla 3 illik müqavilə imzalanıb. Müqavilənin məbləği 18 milyon avro təşkil edib, həmçinin London komandası bonus şəklində 2 milyon avro alacaq.

Trossard 2023-cü ilin qışında 24 milyon avro qarşılığında "Brayton"dan "Arsenal"a keçib. Ötən mövsüm o, bütün turnirlərdə 50 oyunda iştirak edib, 8 qol vurub və 10 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest