Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdarə Təşkilatı Komissiyasının üzvü Mixail Frişman yeni təyinat alıb. Matc.az xəbər verir ki, o, gənc oğlanlar arasında keçiriləcək U-22 Avropa çempionatının 2-ci təsnifat oyunlarına təyinat alıb.
 
Frişman mayın 19-21-də Latviyanın Dauqavpils şəhərində keçiriləcək B qrupunun matçlarında supervayzer funksiyasını yerinə yetirəcək.
 
Bu qrupda ev sahibləri ilə yanaşı, Farer adaları və Serbiya milliləri mübarizə aparacaqlar. Görüşlərin oyunlarını bosniyalı Nikola Koziç, ingiltərəli Katarina Kepinova və almaniyalı Rozej Marko idarə edəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest