"İnter" rəhbərliyi baş məşqçi Simone İnzaqinin işindən razıdır. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi yeni müqavilə  üçün İnzaqi ilə danışıqlar aparır.
 
"İnter" İnzaqi ilə 2024-cü ilin yayına qədər hesablanmış, daha bir mövsüm uzatma ehtimalı ilə yeni müqavilə imzalamaq istəyir.
 
Həmçinin, Milan klubu baş məşqçinin maaşını 4,2 milyon avrodan 5,3 milyona yüksəltməyə hazırdır.
 
"İnter" A Seriyasının turnir cədvəlində lider "Milan"dan 2 xal geri qalaraq 2-ci yerdədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest