22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan milli komandasının iştirak etdiyi AÇ-2022-nin təsnifat mərhələsində E qrupunun oyunlarına start verilib

22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan milli komandasının iştirak etdiyi Aç-2022-nin təsnifat mərhələsində E qrupunun oyunlarına start verilib. Matc.az xəbər verir ki, millimiz ilk matçda yarışın ev sahibi olan Kosovo yığması ilə qarşılaşıb.
 
Oyun komandamızın üstünlüyü ilə başlayıb. İlk setdə 25:17 hesabı ilə qalib gələn millimiz sonrakı hissələrdə də rəqibindən üstün olub - 25:11, 25:20. Beləliklə ilk görüşdə 3:0 qalib gələn Eldar Əliyevin komandası 3 xala yiyələnib.
 
Bu gün qrupun digər matçında Niderland Slovakia ilə üz-üzə gəlib. Görüş Niderland millisinin 3:0 (25:22, 25:20, 25:21) hesablı qələbəsi ilə bitib.
 
Eldar Əliyevin komandası sabah Niderland millisi ilə qarşılaşacaq. 
 
Təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi iyul ayında Polşada  keçiriləcək Aç-2022-nin final mərhələsinə vəsiqə qazanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest