Mayın 21-də 22 yaşadək oğlan voleybolçular arasında Aç-2022-nin 2-ci təsnifat mərhələsində E qrupunun növbəti oyunları keçirilib. Matc.az xəbər verir ki, Kosovonın ev sahibliyi etdiyi seçmə mərhələnin ikinci günündə Azərbaycan millisi Niderland yığması ilə üz-üzə gəlib.
 
Priştinada "Gənclər və İdman Sarayı"nda baş tutan matçda qalib 4 hissədə müəyyən olunub. Görüş komandamızın 25:21 hesablı üstünlüyü ilə başlasa da, sonrakı setlər narıncıların qələbəsi ilə başa çatıb (25:23, 25:18, 25:21). Beləliklə, Niderland millisi 3:1 hesabı ilə qalib gəlib.
 
E qrupunda günün digər matçı isə Kosovo və Slovakiya milliləri arasında olub. Ev sahibinə 3:0 (25:8, 25:13, 25:13) hesabı ilə qalib gələn slovaklar 3 xalı aktivinə yazdırıb.
 
Millimiz sabah qrupda son matçına çıxacaq. Eldar Əliyevin rəhbərlik etdiyi yığma Bakı vaxtı ilə saat 21:00-da Slovakiya millisi ilə qarşılaşacaq.
 
Təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi iyul ayında Polşada keçiriləcək Aç-2022-nin final mərhələsinə vəsiqə qazanacaq.
 
U-22, Avropa çempionatı
2-ci təsnifat mərhələsi, E qrupu
21 may
 
Niderland – Azərbaycan 3:1 (21:25, 25:23, 25:18, 25:21)
 
Slovakiya – Kosovo 3:0 (25:8, 25:13, 25:13)
 
Turnir cədvəli
1. Niderland - 6 xal (6-1, 171-150)
2. Azərbaycan - 3 xal (3-4, 162-144)
3. Slovakiya - 3 xal (3-3, 138-109)
4. Kosovo - 0 xal (0-6, 82-150)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest