Almaniyanın "Volfsburq" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Niko Kovaç təyin edilib.
 
50 yaşlı xorvatiyalı ilə 2024/25 mövsümünün sonuna kimi müqavilə imzalanıb. O, istefaya göndərilən Florian Koxfeldti əvəzləyib.
 
2021/22 mövsümünün sonunda "Volfsburq" 42 xal toplayaraq Bundesliqanı 12-ci pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest