Bu gün futbol üzrə Rusiya kubokunda 2021/22 mövsümünün qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, həlledici oyunda paytaxt Moskvanın iki klubu üz-üzə gəlib.
 
"Spartak" "Dinamo" ilə qarşılaşıb. üç qolun qeydə alındığı oyunda "Spartak" qələbə qazanıb. Bununla da sözügedən klub tarixində 4-cü dəfə ölkə kubokunun qalibi olub.
 
"Spartak" bu oyundan qalib ayrılmaqla Rusiya superkubokunda çempion "Zenit"lə qarşılaşmaq hüququ qazanıb. Oyun iyulun 9-da keçiriləcək.
 
Rusiya kuboku
Final
29 may
 
Spartak - Dinamo 2:1
Qol: Sobolyov, 10. Promes, 72 - Zaxaryan, 55.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest