"Milan"ın keçmiş sahibi, hazırda "Monza"nın prezidenti olan Silvio Berluskoni komandanın hədəfləri barədə danışıb. Matc.az xəbər verir ki, Berluskoni "Adana Dəmirspor"un hücumçusu Mario Balotelliyə təklif göndərdiyini etiraf edib:
 
"Monza"nı super komanda edə bilərik. Kaş ki, A Seriyasına çıxış başlanğıc olaydı. Bu uğuru qeyd etmək gözəldir, lakin yeni gün bizi həm də gələcək haqqında düşünməyə vadar edir.
 
Komandanın bütün oyunçuları bir-biri ilə yaxşı anlaşır. Düşünmürəm ki, kimsə getməyi planlaşdırır.
 
Balotelli? Bəli, ondan xahiş etdim ki, bizim komandaya keçsin".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest