Bu gün Millətlər Liqasında IV tura start verilib. Matç.az saytının məlumatına görə, D liqasında mübarizə aparan Azərbaycan millisi növbəti oyununa çıxıb.

III qrupda çıxış edən komandamız Malta ilə üz-üzə gəlib. Bu matçadək hesabındakı 5 xalla 2-ci pillədə qərarlaşan Qurban Qurbanovun yetirmələri meydana qələbə istəyi ilə çıxıb.

Təşəbbüsü ələ alan və üstün futbol nümayiş etdirən komandamız yaratdığı qol imkanlarının çoxunu boşa verib. Nəticədə ilk yarının sonlarında hesabı qonaqlar açıb.

Millimiz fasilədən az sonra Araz Abdullayevin qolu ilə hesabda tarazlıq yaradıb. Hesab bərabərləşdikdən sonra da yığmamız ardıcıl hücumlar təşkil etsə də, qələbə qolunu vura bilməyib – 1:1.

UEFA Millətlər Liqası
D liqası, III qrup
14 oktyabr

Azərbaycan – Malta - 1:1

Qollar: Araz Abdullayev, 53 - Rouen Muskat, 37 

Bakı Olimpiya Stadionu. Hakimlər: İvan Bebek, Tomislav Petroviç, Miro Qrqiç, Qoran Pataki (hamısı Xorvatiya)
Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 19. Rahil Məmmədov, 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədliyev, 23. Səlahət Ağayev, 3. ürfan Abbasov, 6. Bəxtiyar Həsənalızadə, 8. Emin Mahmudov, 9. Namiq Ələsgərov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə
Baş məşqçi: Qurban Qurbanov
Malta: 1. Endryu Hoqq, 3. Jozef Zerafa, 4. Stiv Borq, 5. Andre Aqius, 8. Pol Feneç, 9. Jozef Mbonq, 10. Andre Şembri (k), 11. Rouen Muskat, 15. Xuan Korbalan, 17. Rayan Kamilyeri, 19. Alfred Effionq
Ehtiyat oyunçular: 12. Anri Bonelyo, 23. Stiv Sultana, 16. Ferdinando Apap, 22. Keyn Attard, 2. Maykl Conson, 21. Roderik Briffa, 6. Cek Qreç, 18. Byorn Kristensen, 17. Stefan Pisani, 20. Endryu Kohen, 16. Jan-Pol Farrucia, 13. Kleyton Faylla
Baş məşqçi: Raymond Farrucia

1.

Kosovo

4

2

2

0

6-2

8

2.

Azərbaycan

4

1

3

0

5-2

6

3.

Farer adaları

4

1

1

2

4-7

4

4.

Malta

4

0

2

2

4-8

2

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest