"İnanıram ki, Qazaxıstan taktikasını dəyişməyəcək və qarşıdakı görüşdə də hücuma keçəcək. Ona görə də bu görüşdə meydan sahiblərinin qollarına mərc edərdim!"

Tanınmış rusiyalı məşqçi Anatoli Bışovets Millətlər Liqasının birinci turunda keçiriləcək Qazaxıstan - Azərbaycan oyunundan gözləntilərini bölüşüb. Matc.az xəbər verir ki, mütəxəssis görüşdə Qazaxıstan millisinin qollar vurmasını gözlədiyini deyib:
 
"Qazaxıstan millisi ilk turda öz meydanında Azərbaycan yığmasını qəbul edəcək. Mən həmişə Qazaxıstan millisinin matçlarına baxıram. Fürsət düşən kimi ev oyunlarını "Astana Arena"da izləyirəm. Fikrimcə, burada hansısa sehrli ab-hava var, bütün matçlar çox möhtəşəmdir! Qazaxıstan millisi evdə çox cəsarətli və hücum futbolu oynayır. Heç kimdən qorxmurlar və həmişə yalnız irəli gedirlər. Neytral bir azarkeş isə bu oyunu bəyənməyə bilməz. İnanıram ki, Qazaxıstan taktikasını dəyişməyəcək və qarşıdakı görüşdə də hücuma keçəcək. Ona görə də bu görüşdə meydan sahiblərinin qollarına mərc edərdim!".
 
Qeyd edək ki, sabah keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest