“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “El Klaciko” öncəsi keçirilən mətbuat konfransında Madir “Real”ının sükanı arxasında olan rəqibi Joze Mourinyo haqqında kəskin və iddialı yox, olduqca ehtiramlı bəyanatlarla çıxış edib. Matc.az xəbər verir ki,  almaniyalı mütəxəssis portuqaliyalı həmkarının məşqçilik karyerasını və futbol dünyasındakı nüfuzunu yüksək qiymətləndirib:

“Mən Mourinyoya böyük hörmət bəsləyirəm. Əgər bir məşqçi uzun illər ərzində bu səviyyəli komandalara rəhbərlik edirsə, bu, onun yüksək ustalığından xəbər verir. O, çalışdığı bütün klublarda öz səviyyəsini dəfələrlə sübut edib. Vaxtilə onun yanına baş çəkmişdim və onun rəhbərliyi altında oynamış hər bir alman futbolçu Joze haqqında yalnız müsbət fikirlər səsləndirir. O, mənim həmkarım və dostumdu”.

Qeyd edək ki, “Barselona” və “Real” arasında keçiriləcək prinsipial  qarşılaşma öncəsi hər iki düşərgədən gələn bu cür bəyanatlar matçın ab-havasını daha da maraqlı edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest