“Biz hələ də bu psixoloji təzyiqi üzərimizdən ata bilmirik. Ümumi baxdıqda, yeni formalaşan komanda üçün nümayiş etdirdiyimiz oyun üslubu və sxemi pis deyil"
Premyer Liqanın 9-cu turu çərçivəsində baş tutan "Şəfa" - "Kəpəz" (1:2) matçından sonra ev sahibi komandanın baş məşqçisi Zaur Həşimov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, mütəxəssis ardıcıl uğursuzluqlar və komandanın düşdüyü psixoloji durumla bağlı kədərini gizlətməyib.
"Təəssüf ki, növbəti dəfə məğlubiyyəti şərh etməli oluram. Oyuna istədiyimiz kimi yaxşı başlaya bilmədik. Lakin ikinci hissədə təşəbbüsü və tam üstünlüyü əlimizə alaraq hesabı açdıq. Təəssüf ki, qapımıza təyin olunan uğursuz penaltidən sonra rəqib hesabı bərabərləşdirdi, matçın sonlarına yaxın isə qələbə qolunu vurdu” – deyə, çalışdırıcı bildirib.
Onun sözlərinə görə, futbolçular üzərində böyük gərginlik var: “Biz hələ də bu psixoloji təzyiqi üzərimizdən ata bilmirik. Ümumi baxdıqda, yeni formalaşan komanda üçün nümayiş etdirdiyimiz oyun üslubu və sxemi pis deyil. Bunu şanssızlıqla, yoxsa təcrübəsizliklə əlaqələndirim, bilmirəm. Amma düşdüyümüz bu ağır vəziyyət bizi hədsiz dərəcədə kədərləndirir”











_1558556132.jpg)

