FIFA məktubu aldığını təsdiqləsə də, UEFA-nın qoyduğu 2 noyabr vaxt məhdudiyyətinə ("ultimatumuna") tam əməl etmək öhdəliyi daşımadığını bildirib

UEFA və ona üzv olan 55 milli futbol assosiasiyası FIFA-ya 42 sualdan ibarət rəsmi tələb məktubu ünvanlayaraq təşkilatın idarəçiliyi və maliyyə əməliyyatları ilə bağlı yazılı izahat tələb edib. Matc.az xəbər verir ki,  məktub UEFA-nın Baş katibi Teodor Teodoridis tərəfindən imzalanıb. UEFA qurumun prezidenti Canni İnfantino rəhbərliyinə cavab vermək üçün 2 noyabr 2026-cı il tarixinədək vaxt tanıyıb.
 
İddialara görə, 8 səhifəlik sənəddə 42 sual 12 müxtəlif idarəetmə və maliyyə mövzusunu əhatə edir. Əsas diqqət yetirilən məqamlar bunlardır:
 
“FIFA Forward Enterprise” layihəsi: FIFA turnirlərinin müəyyən payının özəl investorlara satılmasını nəzərdə tutan, lakin sonradan dayandırılan 4,2 milyard dollarlıq sövdələşmənin təfərrüatları və FIFA Şurasından kənar necə razılaşdırıldığı;
 
Prezident Canni İnfantinonun idarəçiliyi: FIFA rəhbərinin əməkhaqqı paketi, qeyri-rəsmi xərclər və müxtəlif kommersiya tərəfdaşlıqları;
 
Məhkəmə və intizam qərarları: Son turnirlərdə verilən bəzi mübahisəli intizam cəzaları və onların hüquqi əsasları;
 
Şəffaflıq və seçki prosesi: FIFA-nın daxili etika komitələrinin müstəqilliyi və növbəti prezidentlik seçkiləri öncəsi idarəetmə standartları.
 
FIFA məktubu aldığını təsdiqləsə də, UEFA-nın qoyduğu 2 noyabr vaxt məhdudiyyətinə ("ultimatumuna") tam əməl etmək öhdəliyi daşımadığını bildirib. Qurumdan qeyd olunub ki, qaldırılan məsələlərin bir qisminə cavablar dekabr ayında keçiriləcək növbəti FIFA Şurasının iclasınadək uzana bilər.
 
Qeyd edək ki, bu addım beynəlxalq futbol siyasətində UEFA ilə FIFA arasında son illərin ən gərgin qarşıdurmalarından biri kimi qiymətləndirilir.
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest