Bu gün UEFA Millətlər Liqasının 1-ci turunda növbəti oyunlar keçirilib. Matc.az xəbər verir ki, A, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.
A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa Danimarkanı qəbul edib. üç qolun qeydə alındığı bu görüş fransızların gözlənilməz məğlubiyyəti ilə başa çatıb. Qrupun digər matçında Xorvatiya və Avstriya komandaları üz-üzə gəliblər. Bu oyunda da xorvatlar doğma meydanda darmadağına üzülüblər.
4-cü qrupda isə Belçika və Niderland komandaları münasibətlərə aydınlıq gətiriblər. Qonaqlar bu görüşdə 4 qola seviniblər.
Azərbaycan yığması C Liqasının 3-cü qrupunda Qazaxıstanın qonağı olub və 2 cavabsız qolla uduzub. Slovakiya isə Serbiyada Belarusun qonağı olub və minimal hesabla qalib gəlib.
UEFA Millətlər Liqası
3 iyun
A Liqası, 1-ci qrup
Fransa – Danimarka 1:2
Qol: Benzema, 51 – Kornelius, 68; 89.
Xorvatiya – Avstriya 0:3
Qol: Arnautoviç, 41. Qreqoritş, 54. Sabitzer, 57.
A Liqası, 4-cü qrup
Belçika – Niderland 1:4
Qol: Batşuayi, 90+3 – Berqveyn, 40. Depay, 51; 66. Dumfris, 62.
C Liqası, 3-cü qrup
Qazaxıstan – Azərbaycan 2:0
Qol: Aimbetov, 50; 60.
Belarus – Slovakiya 0:1
Qol: Suslov, 61.
D Liqası, 1-ci qrup
Latviya – Andorra 3:0
Qol: Uldrikis, 9; 77. İkaunieks, 85-pen.
Lixtenşteyn – Moldova 0:2
Qol: Nikolaesku, 5. Bolohan, 90+4.