Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 1-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə A, B və C Liqaları çərçivəsində 7 qarşılaşma baş tutub.
A Liqasının 3-cü qrupunda son Avropa çempionu İtaliya Almaniyanı qəbul edib. Hesabı meydan sahiblərinin açdığı matçda qalib müəyyənləşməyib. Qrupun digər matçında İngiltərə Macarıstanın qonağı olub və gözlənilməz məğlubiyyətlə üzləşib.
C Liqasının 1-ci qrupunda Türkiyə Farer adaları ilə, Litva Lüksemburqla üz-üzə gəlib. Türklərin 4 cavabsız qolla qalib gəldiyi gündə, Litva evində məğlubiyyətə üzülüb.
UEFA Millətlər Liqası
4 iyun
A Liqası, 3-cü qrup
Macarıstan – İngiltərə 1:0
Qol: Soboslai, 66-pen.
İtaliya – Almaniya 1:1
Qol: Pelleqrini, 70 – Kimmix, 73.
B Liqası, 1-ci qrup
Ermənistan – İrlandiya 1:0
Qol: Spertsyan, 74.
B Liqası, 3-cü qrup
Finlandiya – Bosniya və Herseqovina 1:1
Qol: Pukki, 45+1-pen – Prevlyak, 90+3.
Monteneqro – Rumıniya 2:0
Qol: Muqoşa, 66. Vukçeviç, 87.
C Liqası, 1-ci qrup
Litva – Lüksemburq 0:2
Qol: Sinani, 44; 78.
Türkiyə – Farer Adaları 4:0
Qol: C.ündər, 37. H.Dərvişoğlu, 47. S.Dursun, 82. M.Demiral, 85.