İngiltərə milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsindəki ilk oyununda Macarıstanla qarşılaşdı və 0:1 hesablı məğlubiyyətlə üzləşdi. Matc.az xəbər verir ki, macarlar 60 il sonra İngiltərə üzərində qələbəyə seviniblər.
 
Sözügedən komanda sonuncu dəfə Dç-1962-də bu rəqibinə 2:1 hesabıyla qalib gəlmişdi. Ondan sonra bu iki komanda arasında baş tutmuş 15 qarşılaşmada macarlar qələbəyə həsrət qalmışdılar.
 
İngiltərə yığması qrupdakı növbəti matçını Almaniyaya, Macarıstan isə İtaliyaya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest