Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 2-ci turun növbəti oyunları keçirilib. Matc.az xəbər verir ki, A,B,C və D Liqaları çərçivəsində ümumilikdə 7 qarşılaşma baş tutub.
A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa finalçı Xorvatiyanın qonağı olub. Bu komandalar ilk turu məğlubiyyətlə başa vurmuşdular. Bu görüşdə isə tərəflər meydanı hərəyə 1 xalla tərk ediblər. İlk turda məhz bu komandaları yenən Avstriya və Danimarkanın dueli isə nəzərdə tutulan vaxtda başlamayıb. Stadionda elektrik enerjisinin kəsilməsi səbəbindən 1.5 saat yubanan bu görüşün sonunda Danimarka səfər qələbəsinə sevinib.
B Liqasının yeganə matçında İslandiya Albaniyanı sınağa çəkəcək. Bu oyunda qalib müəyyənləşməyib. Rusiyanın yarışdan uzaqlaşdırılması səbəbindən İsrail turu istirahətlə keçirib.
C Liqasının 3-cü qrupunda Azərbaycan seçməsi Serbiyada Belarusla qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb. İlk turda məhz yığmamıza qalib gələn Qazaxıstan isə bu dəfə Slovakiyanın qonağı olub. Qazaxlar ardıcıl ikinci qələbə sayəsində vahid liderliyi ələ keçiriblər.
D Liqasının 1-ci qrupunda Latviya Lixtenşteyni məğlub yola salıbsa, Andorra – Moldova matçında qapılara qol vurulmayıb.
UEFA Millətlər Liqası
6 iyun
A Liqası, 1-ci qrup
Avstriya – Danimarka 1:2
Qol: Şlager, 67 – Hoybyerq, 28. Larsen, 84.
Xorvatiya – Fransa 1:1
Qol: Kramariç, 83-pen – Rabyo, 52.
Xal durumu: Danimarka – 6, Avstriya – 3, Fransa – 1, Xorvatiya – 1
B Liqası, 2-ci qrup
İslandiya – Albaniya 1:1
Qol: Torsteynsson, 49 – Seferi, 30.
Xal durumu: İslandiya – 2, İsrail – 1, Albaniya – 1, Rusiya – 0
C Liqası, 3-cü qrup
Belarus – Azərbaycan 0:0
Slovakiya – Qazaxıstan 0:1
Qol: Darabayev, 26.
Xal durumu: Qazaxıstan – 6, Slovakiya – 3, Belarus – 1, Azərbaycan – 1
D Liqası, 1-ci qrup
Latviya – Lixtenşteyn 1:0
Qol: Zyuzin, 73.
Andorra – Moldova 0:0
Xal durumu: Latviya – 6, Moldova – 4, Andorra – 1, Lixtenşteyn – 0