Cennaro Qattuzonun "Valensiya"nın yeni baş məşqçisi postuna təyinatı ilə bağlı ehtimallar özünü doğrultmaq üzrədir. Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, təyinatın bu həftə rəsmən elan edilməsi gözlənilir.
 
İtaliyalı məşqçinin "Valensiya" ilə müqaviləsi 2 illik, maaşı mövsümdə 3 milyon avro olacaq.
 
Qattuzo ötən yay "Fiorentina" ilə müqavilə imzalasa da, transfer strategiyası ilə bağlı rəhbərliklə fikir ayrılığı səbəbindən klubda cəmi iki həftə qalmışdı.
 
"Valensiya" 2021/22 mövsümünü La Liqada 48 xalla 9-cu pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest