Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 2-ci turun növbəti oyunları keçirilib. Matc.az xəbər verir ki, A, B və C Liqalarında ümumilikdə 6 qarşılaşma baş tutub.
A Liqasının 3-cü qrupunda Almaniya İngiltərəni qəbul edib. Bundestim ilk matçda İtaliya seçməsi ilə heç-heçə edib, İngiltərə isə gözlənilmədən Macarıstana uduzub. Bu komandaların öz aralarındakı oyunda isə heç-heçə qeydə alınıb. Qrupun digər görüşündə Macarıstan İtaliyanın qonağı olub. Bu oyunda isə meydan sahibləri qalib gəliblər.
B Liqasının 3-cü qrupunda Finlandiya Monteneqro ilə oyundan qalib ayrılıbsa, Bosniya və Herseqovina da Rumıniyanı məğlub yola salıb.
Nəhayət, C Liqasının 1-ci qrupunda Türkiyə Litvanın, Lüksemburq Farer Adalarının qonağı olub. Bu oyunlarda da qonaqlar qələbə qazanan tərəf olub.
UEFA Millətlər Liqası
7 iyun
A Liqası, 3-cü qrup
Almaniya – İngiltərə 1:1
Qol: Hofmann, 50 – Keyn, 88-pen.
İtaliya – Macarıstan 2:1
Qol: Barella, 30. Pelleqrini, 45 – Mançini, 61-öz qapısına.
Xal durumu: İtaliya – 4, Macarıstan – 3, Almaniya – 2, İngiltərə – 1
B Liqası, 3-cü qrup
Finlandiya – Monteneqro 2:0
Qol: Pohyanpalo, 31; 38.
Bosniya və Herseqovina – Rumıniya 1:0
Qol: Prevlyak, 68.
Xal durumu: Bosniya və Herseqovina – 4, Finlandiya – 4, Monteneqro – 3, Rumıniya – 0
C Liqası, 1-ci qrup
Farer Adaları – Lüksemburq 0:1
Qol: Rodriqes, 74-pen.
Litva – Türkiyə 0:6
Qol: D.Sinik, 2; 14. S.Dursun, 56; 81. Y.Akgün, 89. H.Dərvişoğlu, 90+1.
Xal durumu: Türkiyə – 6, Lüksemburq – 6, Litva – 0, Farer adaları – 0