Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 2-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə A və B Liqaları çərçivəsində ümumilikdə 4 qarşılaşma baş tutub.

A Liqasının 4-cü qrupunda Niderland yığması Uelsin qonağı olub. üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb. Belçika isə Polşanı qəbul edib. Hesabı qonaqların açdığı bu oyunda meydan sahibləri darmadağına seviniblər.

B Liqasının 1-ci qrupunda Ermənistan Şotlandiya ilə səfər oyununda 2 cavabsız qola üzülüb. Ukrayna isə İrlandiya ilə üz-üzə gəlib və minimal hesabla üstün olub.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 2-ci tur
8 iyun

A Liqası, 4-cü qrup

Uels – Niderland 1:2
Qol: Norrinqton, 90+2 – Kopmeyners, 50. Veqorst, 90+4.

Belçika – Polşa 6:1
Qol: Vitsel, 32. De Bruyne, 59. Trossar, 73; 80. Dendonker, 83. Openda, 90+3 – Levandovski, 28.

Xal durumu: Niderland – 6, Belçika – 3, Polşa – 3, Uels – 0

B Liqası, 1-ci qrup

Şotlandiya – Ermənistan 2:0
Qol: Ralston, 28. Makkenna, 40.

İrlandiya – Ukrayna 0:1
Qol: Tsiqankov, 48.

Xal durumu: Şotlandiya – 3, Ermənistan – 3, Ukrayna – 3, İrlandiya 0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest