Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun növbəti oyunları keçirilib. Matc.az xəbər verir ki, ikinci oyun günündə A, B, C və D Liqaları çərçivəsində 7 qarşılaşma baş tutub.

A Liqasının 1-ci qrupunda Avstriya Fransanı, Danimarka isə Xorvatiyanı qəbul edib. Fransızlar növbəti dəfə xal itkisi ilə üzləşiblərsə, xorvatlar ilk qələbəyə seviniblər.

B Liqasının 2-ci qrupunun yeganə matçında Albaniya və İsrail yığmaları üz-üzə gəlib. Səfərdə qələbə qazanan İsrail yığması liderliyi ələ keçirib. Bu qrupda yer alan Rusiya yığması yarışdan kənarlaşdırıldığı üçün İslandiya istirahət edib.

C Liqasının 3-cü qrupunda sonuncu olan Azərbaycan yığması Slovakiyanı qəbul edib və minimal hesabla məğlub olub. Qrupun digər matçında isə Belarus və Qazaxıstan yığmaları üz-üzə gəlib. Bu oyunda isə qalib müəyyənləşməyib.

D Liqasının 1-ci qrupunda isə Moldova Latviyanı, Andorra Lixtenşteyni sınağa çəkib. Andorra doğma meydanda, Latviya isə səfərdə qalib gəlib.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur
10 iyun

A Liqası, 1-ci qrup
Avstriya – Fransa 1:1

Qol: Veymann, 37 – Mbappe, 83.

Danimarka – Xorvatiya 0:1
Qol: Paşaliç, 69.

Xal durumu: Danimarka – 6, Avstriya – 4, Xorvatiya – 4, Fransa – 2

B Liqası, 2-ci qrup

Albaniya – İsrail 1:2
Qol: Broya, 45+2 – Solomon, 57; 73.

Xal durumu: İsrail – 4, İslandiya – 2, Albaniya – 1

C Liqası, 3-cü qrup

Azərbaycan – Slovakiya 0:1
Qol: Vayss, 81.

Belarus – Qazaxıstan 1:1
Qol: Malkeviç, 84 – Aymbetov, 13.

Xal durumu: Qazaxıstan – 7, Slovakiya – 6, Belarus – 2, Azərbaycan – 1

D Liqası, 1-ci qrup

Moldova – Latviya 2:4
Qol: Nikolaesku, 5-pen. Motpan, 64 – Qutkovski, 19; 60. İkaunieks, 26; 75.

Andorra – Lixtenşteyn 2:1
Qol: Alaez, 78-pen. Rubio, 82 – Meyer, 90+3.

Xal durumu: Latviya – 9, Moldova – 4, Andorra – 4, Lixtenşteyn – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest