5-ci İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək qadın həndbolçulardan ibarət Azərbaycan millisinin hazırlığı davam edir. Matc.az xəbər verir ki, avqustda keçiriləcək yarışlara hazırlaşan komanda hazırlığın ilkin mərhələsinə mayın 15-də Bakıda start verib.
 
İyirmi iki həndbolçunun cəlb olunduğu toplanışa baş məşqçi Slavisa Ristiçeviç rəhbərlik edir. Köməkçi məşqçi Fuad Yangildindir. Məşqlər "Sərhədçi" Olimpiya İdman Mərkəzi və "Dinamo" İdman Cəmiyyətində keçirilir.
 
İyunun 15-də Bakıda yekunlaşacaq toplanış, ardınca ölkə xaricində davam etdiriləcək. Milli iyunun 24-dək Gürcüstanda hazırlıq keçəcək. Həmin təlim-məşq toplanışında bir neçə yoxlama oyununun keçirilməsi planlaşdırılır.
 
Hazırlıq planına əsasən, seçmə komanda digər toplanışlara da qatılacaq.
 
9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçiriləcək İslam Oyunlarındakı rəqiblər hələlik məlum deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest