UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək - Azərbaycan - Belarus matçının hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, qarşılaşma Yunanıstandan olan hakimlərə tapşırılıb.
 
Görüşün baş hakimi Anastasios Papapetru olacaq. Ona yan xətt hakimləri Trifon Petropulos və İordanis Aptosoqlu kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Georgios Tsovaras yerinə yetirəcək.
 
İyunun 13-də "Dalğa Arena"da baş tutacaq Azərbaycan - Belarus matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest