14 Oktyabr 2018, 01:16
PARİS-2024
"Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçevin formasını geyindiyi Bolqarıstan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. Matç.az saytının məlumatına görə, bolqarlar C Liqasının 3-cü qrupunda Kipri qəbul edib.
Turnirin ilk iki görüşündə qələbə qazanan Petar Hubçevin yetirmələri uğurlu seriyanı davam etdiriblər. Komanda fasiləyə hesabda geri yollanmasına baxmayaraq, ikinci hissədə vurduğu 2 qol sayəsində ativinə növbəti 3 xalı yazdırıb – 2:1. Qarşılaşmaya start heyətində başlayan Slavçev 90 dəqiqəni əvəz edilmədən keçirib.
Qeyd edək ki, Bolqarıstan yığması 9 xalla qrupa liderlik edir.