Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Bakıda Belarus millisi ilə üz-üzə gəlib.

Bu komanda ilə Serbiyada baş tutan ilk oyunda qalib müəyyənləşməmişdi – 0:0. Yığmamız Qazaxıstanla səfər (0:2), Slovakiya ilə ev (0:1) oyunlarından da məğlub ayrılmışdı. Bu oyunda isə yığma komanda həm qrup sonuncusu olmaqdan qurtulmaq, həm qələbə qazanmaq, həm də nəhayət, Millətlər Liqasında qol "oruc"unu pozmaq üçün çalışıb. Yekunda millimiz inamlı qələbə sayəsində öz istəyinə çatıb.

UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
13 iyun

Azərabaycan – Belarus 2:0
Qol: M.Emreli, 76. R.Şeydayev, 90+3.
Hakimlər: Anastasios Papapetru, Trifon Petropulos, İordanis Aptosoqlu, Georgios Tsovaras (hamısı Yunanıstan).
Bakı. "Dalğa Arena".

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 18. Cəlal Hüseynov, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Coşqun Diniyev, 7. Namik Ələskərov, 10. Mahir Emreli, 16. Dmitri Nazarov, 17. Toral Bayramov, 19. Anton Krivotsyuk, 21. Anatoli Nuriyev, 22. Aleksey İsayev.
Baş məşqçi: Canni De Byazi.

Belarus: 12. Pavel Pavlyuçenko, 2. Kiril Peçenin, 3. Valeri Boçerov, 4. Ruslan Xadarkeviç, 5. Vladislav Malkeviç, 6. Sergey Politeviç, 8. Hlep Şevçenka, 9. Maks Ebonq, 10. Eqor Boqomolski, 14. Yevgeni Yablonski (k), 21. Vladislav Klimoviç.
Ehtiyat oyunçular: 1. Yeqor Xatkeviç, 16. Maksim Plotnikov, 7. Artyom Bıkov, 11. Yeqor Boqomolski, 13. Dmitri Bessmertnı, 15. Ruslan Yudenkov, 17. Denis Qreçixo, 18. Pavel Sedko, 20. Zaxar Volkov, 22. Roman Bequnov, 23. Valeri Qromiko.
Baş məşqçi: Georgi Kondratyev.

Xal: Qazaxıstan – 10, Slovakiya – 6, Azərbaycan – 4, Belarus – 2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest