Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turunun növbəti matçları keçirilib. Matc.az xəbər verir ki, ikinci oyun günündə A, B və C Liqaları çərçivəsində 5 görüş baş tutub.

A Liqasının 1-ci qrupunda lider Danimarka Xorvatiyanı, son pillədəki Fransa isə Xorvatiyanı qəbul edib. Danimarkadakı oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər. Əvvəlki oyunlarda qələbəyə həsrət olan Fransa yığması isə bu oyunda da məğlubiyyətə üzülüb.

Rusiyanın diskvalifikasiyası fonunda B Liqasının 2-ci qrupunda yeganə görüşü İslandiya və lider İsrail arasında olub. Dörd qolluq bu qarşılaşmada qalib müəyyənləşməyib.

C Liqasında 3-cü qrupun liderlik uğrunda matçında Qazaxıstan Slovakiyanı qəbul edib. Meydan sahibləri qələbə qazanaraq ən yaxın izləyicisindən 4 xal aralanıb. 1 xala malik Azərbaycan millisi isə son pillədən qurtulmaq üçün ev oyununda Belarusu yenməliydi. Yığmamız buna inamlı qələbə sayəsində nail olub.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 4-cü tur
13 iyun

A Liqası, 1-ci qrup

Danimarka – Avstriya 2:0
Qol: Vind, 21. Olsen, 37.

Fransa – Xorvatiya 0:1
Qol: Modriç, 5-pen.

Xal durumu: Danimarka – 9, Xorvatiya – 7, Avstriya – 4, Fransa – 2

B Liqası, 2-ci qrup

İslandiya – İsrail 2:2
Qol: Torsteynsson, 9. Helqason, 60 – Qretarsson, 35-öz qapısına. Perets, 67.

Xal durumu: İsrail – 5, İslandiya – 3, Albaniya – 1

C Liqası, 3-cü qrup

Qazaxıstan – Slovakiya 2:1
Qol: Voroqovski, 18. Astanov, 39 – Bero, 51.

Azərbaycan – Belarus 2:0
Qol: M.Emreli, 76. R.Şeydayev, 90+3.

Xal durumu: Qazaxıstan – 10, Slovakiya – 6, Azərbaycan – 4, Belarus – 2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest