Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq. Matc.az xəbər verir ki, turnirdə mübarizə aparacaq Azərbaycan klublarından "Neftçi", "Zirə" və "Qəbələ"nin də rəqibləri müəyyənləşəcək.

Saat 15:00-da başlayacaq püşkatma zamanı "Neftçi" səpələnmiş, digər iki komanda səpələnməmişlər səbətində yer alacaq.

"Ağ-qaralar" bu raundda "Dinamo" (Minsk, Belarus) – "Deçiç" (Monteneqro) və ya "Saburtalo" (Gürcüstan) – "Partizani" (Albaniya) cütünün qalibi ilə, həmçinin "Aris" (Kipr), "Makedoniya" (Şimali Makedoniya) və "Velej"lə (Bosniya və Herseqovina) görüşə bilər.

"Qəbələ"nin mümkün rəqibləri APOEL (Kipr), "Başakşehir" (Türkiyə), "Fehervar" (Macarıstan), "Aris" (Yunanıstan), "Radniçki" (Serbiya), "Zirə"nin isə "Dinamo" (Tbilisi, Gürcüstan) – "Payde" (Estoniya) cütünün qalibi, BATE (Belarus), "Kayrat" (Qazaxıstan), "Universtatya" (Krayova, Rumıniya) və "Makkabi" (Təl-Əviv, İsrail) komandalarıdır.

UEFA çempionlar Liqasında mübarizə aparan "Qarabağ" I təsnifat mərhələsində Polşa "Lex"inə uduzsa, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zrinski" (Bosniya və Herseqovina) – "Şerif" (Moldova), "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan), "Düdelanj" (Lüksemburq) – "Tirana" (Albaniya), "Şemrok Rovers" (İrlandiya) – "Hibernians" (Malta), "Levadiya" (Estoniya) – "Vikinqur" (İslandiya) cütlərindən birinin məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest