"Qarabağ"ın çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Lex" qapıçısı Bartoş Mrozeklə müqaviləni uzadıb, daha sonra isə onu icarəyə verib. Matc.az Polşa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı qolkiperlə 2022-ci ilin iyununa qədər yeni müqavilə imzalanıb.
 
Daha sonra isə o, ölkənin "Stal Mieleç" klubuna bir mövsümlük icarəyə verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest